Millətlər Liqası: Azərbaycan yığması Qazaxıstana məğlub olub - VİDEO / FOTLAR

Millətlər Liqası: Azərbaycan yığması Qazaxıstana məğlub olub - VİDEO / FOTLAR

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib.

OlimpNews.az  Report-un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Liqasında 3-cü qrupun qarşılaşmasında Qazaxıstanın qonağı olub.

Nur-Sultan şəhərindəki "Astana Arena"da təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Abat Aymbetov vurub.

Matçın ilk yarım saatı ərzində meydanda bərabər mübarizə getsə də, fasiləyə doğru Azərbaycan millisi pressinq hesabına təşəbbüsü ələ alıb. Ən real qol vəziyyəti 31-ci dəqiqədə qeydə alınıb. Renat Dadaşovun rəqib cərimə meydançası xaricindən endirdiyi qüvvətli zərbəni qapıçı İqor Şatski dəf etməyi bacarıb. Bir dəqiqə sonra Şatski Azər Salahlının fərqlənməsinə imkan verməyib. 35-ci dəqiqədə isə Salahlının qapıya doğru qüvvətli zərbəsindən sonra top Emin Mahmudova dəyərək, istiqamətini dəyişib.

İlk yarıda qol vurulmasa da, fasilədən sonra meydan sahibləri daha inamlı təsir bağışlayıblar. 50-ci dəqiqədə Aymbetovun uzaq məsafədən zərbəsindən sonra top tora daxil olub. Tezliklə Qazaxıstan millisi ikinci qolu vurub. Lakin macarıstanlı referi İştvan Vad VAR sisteminə müraciət etdikdən sonra qolu qeydə almayıb. 60-cı dəqiqədə Aymbetov yenidən fərqləndikdə də VAR-a baxılıb. Bu dəfə qolun qaydalar çərçivəsində vurulduğu təsbit olunub.

Qalan dəqiqələrdə Azərbaycan millisinin ən azı təsəlli qolunu vurmaq üçün cəhdləri səmərə verməyib. 68-ci dəqiqədə Aleksey İsayevi Anatoli Nuriyevin, Renat Dadaşovu Namik Ələskərovun, 79-cu dəqiqədə Bədavi Hüseynovu Tural Bayramovun, Emin Mahmudovu Dmitri Nazarovun və Mahir Emrelini Ramil Şeydayevin əvəzləməsi də səmərəsiz olub.

Beləliklə, Azərbaycan yığması Millətlər Liqasına məğlubiyyətlə başlayıb. Milli komanda növbəti görüşünü iyunun 6-da Serbiyanın Novi-Sad şəhərində Belarusa qarşı keçirəcək.

Millətlər Liqası: Azərbaycan yığması Qazaxıstana məğlub olub - VİDEO / FOTLAR Millətlər Liqası: Azərbaycan yığması Qazaxıstana məğlub olub - VİDEO / FOTLAR Millətlər Liqası: Azərbaycan yığması Qazaxıstana məğlub olub - VİDEO / FOTLAR Millətlər Liqası: Azərbaycan yığması Qazaxıstana məğlub olub - VİDEO / FOTLAR Millətlər Liqası: Azərbaycan yığması Qazaxıstana məğlub olub - VİDEO / FOTLAR Millətlər Liqası: Azərbaycan yığması Qazaxıstana məğlub olub - VİDEO / FOTLAR Millətlər Liqası: Azərbaycan yığması Qazaxıstana məğlub olub - VİDEO / FOTLAR Millətlər Liqası: Azərbaycan yığması Qazaxıstana məğlub olub - VİDEO / FOTLAR Millətlər Liqası: Azərbaycan yığması Qazaxıstana məğlub olub - VİDEO / FOTLAR Millətlər Liqası: Azərbaycan yığması Qazaxıstana məğlub olub - VİDEO / FOTLAR