Fransa millisinin və "Real"ın hücumçusu Kərim Benzema "Olimpiakos"da çıxış edən sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etməklə bağlı məhkəmə qərarı ilə razılaşıb.
Olimpnews.az xəbər veir ki, 34 yaşlı futbolçuya 1 illk şərti həbs və 75 min avro cərimə verilib. O, Valbuenaya mənəvi ziyan vurduğu üçün 80 min avro ödəyəcək. Bu barədə "L`Equipe" məlumat yayıb
Qeyd edək ki, bu məsələyə görə hər iki futbolçu millidən kənarlaşdırılmışdı. Lakin Benzema 2021-ci ildə yenidən yığmaya dəvət alıb.