İyunun 6-da 2005-2006-cı illər təvəllüdlü voleybolçu oğlanlar arasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş açıq voleybol turnirinə start verilib. Azərbaycan Voleybol Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 4 komanda - “Masallı”, “Bakı”, “Sumqayıt”, “Cəlilabad” mübarizə aparır. Dairəvi sistem üzrə təşkil olunan yarışın oyunları Masallı Olimpiya İdman Kompleksində keçirilir.
Turnirin qalibi adına iyunun 8-də aydınlıq gələcək. Qalib komandalara diplom, medal və hədiyyələr təqdim olunacaq.