Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunun növbəti oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

"Olimpnews"un məlumatına görə, Azərbaycan yığması 4 qarşılaşma ərzində ən çox top qazanan komandalar sırasında yer alıb.

Milli üzvləri matçlarda 172 dəfə buna müvəffəq olublar. Komanda bu göstəricidə 4-cü pillədə qərarlaşıb.

Avstriya seçməsi (180) birinci sırada yer alıbsa, Azərbaycan yığmasının qrupdakı rəqibi Qazaxıstan Danimarka kollektivi ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Hər iki komanda ümumilikdə 174 dəfə top qazana bilib.

Qeyd edək ki, Azərbaycan millisi IV turda Bakıda Belarusu 2:0 hesabı ilə məğlub edib.