Taekvondoçularımız da ümidləri doğruldurlar

Taekvondoçularımız da ümidləri doğruldurlar


Palembanqda keçirilən III İslam Həmrəyliyi Oyunları davam edir. Milli komandamızın üzvləri bu mötəbər idman tədbirində uğurla çıxış edirlər. Belə ki, taekvondoçularımız da onlara bəslənilən ümidləri doğruldurlar. Bu idman növündə ölkəmiz hələlik 4 medala (1 gümüş, 3 bürünc) yiyələnib. Yığmamıza növbəti gümüş medalı 57 kq çəki dərəcəsində çıxış edən atletimiz Günay Ağakişiyeva qazandırıb. Mikayıl Əliyev (54 kq), Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq) isə bürünc medala layiq görülüblər.
Sabah yığmamızın heyətində yer alan digər taekvondoçumuz Elvin Məmmədov (74 kq) medal uğrunda döyüşə çıxacaq.