Portuqaliyanın Portu şəhərində keçirilən taekvondo üzrə gənclər arasında XIX Avropa birinciliyi başa çatıb. Ölkəmiz bu yarışda 13 idmançı ilə təmsil olunub.
Təmsilçilərimiz 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq komanda hesabında 43 ölkə arasında dördüncü yeri tutublar. Komandamızın üzvlərindən Məhəmməd Məmmədov - 55 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. -63 kq çəki dərəcəsində yarışan Ayxan Tağızadə gümüş medala layiq görülüb. Bürünc medalları isə komandamıza Tapdıq Ələkbərov (-68 kq), Yusif Hüseynli (-59 kq) və Elnur Məhərrəmov (+78 kq) qazandırıblar.