Belçika Qran-prisi Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün təqvimindən çıxarıla bilər. Promouterlər hələ də yarış rəhbərliyi ilə yeni müqavilə bağlamayıblar.
Formula 1-in baş direktoru Stefano Domenikalı Kanada Qran-prisi zamanı komandaların rəhbərlərinə gələn ilin təqvimdə rekord sayda - 24 yarışın olacağını bildirib. ABŞ və hətta Afrikada yeni imkanlar ortaya çıxdığından, yarışlardan 16-sı Avropadan kənarda baş tutacaq.
"Köhnə qitə"də ixtisara düşəcək Qran-prinin isə məhz Belçikadakı Spa-Frankorş trasında keçirilən yarış olacağı gözlənilir.
"AlphaTauri" komandasının rəhbəri Frants Tost bunun maliyyə ilə bağlı olduğunu söyləyib: "Hər şey çox sadədir. Pul yoxdursa, yarış da yoxdur. Pulları varsa, ora gedirik. Yoxdursa, getmirik".
“Pul yoxdursa, yarış da yoxdur”