Bu gün Portuqaliyanın Anadia şəhərində şose velosipedi üzrə Avropa çempionatı start götürəcək. Gənclər və U-23 yaş kateqoriyasında mübarizə aparan idmançılar arasında təşkil ediləcək yarışda Avropanın əksər ölkələrindən 200-dək velosipedçi iştirak edəcək.
Qitə çempionatında ölkəmizi gənclər yaş kateqoriyasında milli komandamızın üzvü Kamran Mirzəxanov təmsil edəcək.
İdmançılar iyulun 7-də keçiriləcək birinci mərhələdə fərdi ötüşmə növündə, iyulun 9-da baş tutacaq ikinci mərhələdə isə qrup ötüşməsi növündə mübarizə aparacaqlar.Velosipedçilər fərdi ötüşmə növündə 22, qrup ötüşməsi növündə isə 125,9 kilometr (6 dairə) məsafə qət edəcəklər.