V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən velosiped yarışları davam edir. Oyunların 4-cü günündə Azərbaycanın 4 velosipedçisi mübarizə aparıb. Trek velosipedində ən yaxşı nəticəni yenə Ayan Xankişiyeva göstərib. O bir gün əvvəl olduğu kimi, yenə 4-cü yerlə kifayətlənib. Onun həmkarı Viktoriya Sidorenko 8-ci olub. Kişilər isə uğursuz çıxış edib. Elgün Əlizadə 17-ci, Əmral Əbdüləzizli sonuncu – 19-cu olub.
Velosipedçimiz yenə də dördüncü oldu
