Bugünlərdə Rusiyanın Moskva şəhərində universal döyüş üzrə 17-21- yaşlı idmançılar arasında dünya birinciliyi keçirilib. Yarışda ölkəmizin idman şərəfini gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında 8 idmançı qoruyub. İdmançılarımız qitə birinciliyində iki medala sahib çıxıblar. Komandamızın üzvü Tural Allahverdiyev qızıl (55), Asim Əliyev gümüş (60 kq) medal qazanıb. Xatırladıq ki, bu yaş qruppu üzrə Avropa birinciliyi bu il ölkəmizdə təşkil olunmuşdu. Qusar Olimpiya İdman Kompleksində keçirilən yarışda komandamız birinci pillədə qərarlaşmışdı.