Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçirilir. Yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Komandamızdan ilk olaraq körpücük üzərinə Turan Əliyev çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 61 kiloqram çəki dərəcəsində mübarizə aparıb. İdmançımız birdən qaldırma hərəkətində 99 kiloqramı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb. O, təkanla qaldırmada 120 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə birinciliyin bürünc medalını əldə edib. Turan Əliyev ümumilikdə 219 kiloqram (99+120) nəticə ilə yarışın yekun sıralamasında da bürünc medal qazanıb.
Ağırlıqqaldıranımız qitə birinciliyində 3 medal qazanıb