Konya-2021: Basketbol yığmamızdan növbəti qələbə

Konya-2021: Basketbol yığmamızdan növbəti qələbə

V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən basketbolun 3x3 növü üzrə yarışlar davam edir. Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Komandamız bu gün ikinci oyununda Türkiyə yığması ilə qarşılaşıb. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığmamız C qrupunun ikinci tur matçında Türkiyəni 21:12 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, komanda qrupdakı növbəti oyunlarını avqustun 15-də Mərakeş və Qabona qarşı keçirəcək.