Rusiyanın paytaxtı Moskvada universal döyüş növü üzrə 17-21 yaşlı idmançılar arasında dünya birinciliyi keçirilib.
Ölkəmizin də iştirak etdiyi yarışda universal döyüş üzrə yığma komandamızı baş məşqçi Elşən İsmayılovun rəhbərliyi altında səkkiz idmançı təmsil edib.
Komandamızın üzvləri yarışları iki medalla başa vurub. Təmsilçilərimizdən Tural Allahverdiyev (55 kq) qızıl, Asim Əliyev (60 kq) isə gümüş medala layiq görülüb.
Xatırladaq ki, həmin yaş qrupu üzrə Avropa birinciliyi bu il ölkəmizdə təşkil olunmuşdu. Qusar Olimpiya İdman Kompleksində keçirilən yarışda komandamız birinci yerə layiq görülmüşdü.