Madrid məhkəməsi “El Confidencial” qəzetini “Real Madrid”in prezidenti FlorentinoPeresin danışıqlarının səs yazısını yaydığına görə ona 1 avro ödəməyə məcbur edib. Bu barədə İspaniyanın AS qəzeti məhkəmənin qərarına istinadən məlumat yayıb. Peresin ifadələri əks olunan səs yazıları 2021-ci ilin iyulunda yayımlanıb. “Real Madrid”in prezidenti bu işdə qələbənin onun üçün pul qazanmaq fürsəti deyil, prinsipial məsələ olduğunu göstərmək istəyib, qəzetdən məhkəmə vasitəsilə simvolik 1 avro tələb edib. Hakim hesab edib ki, qeydlər tamamilə kontekstdən çıxarılıb və Peresin şəxsi toxunulmazlıq hüququ pozulmasa da, qəzet məlumat almaq hüququnu pozub.
“Kral klubu”nun rəhbərindən “kral hərəkət”