Noyabrın 5-də Azərbaycan Velosiped Federasiyası, Səbail Rayon Gənclər və İdman İdarəsi, "Davam" Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib.
Vətən müharibəsi qaziləri, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və digər həvəskar velosipedçilər, həmçinin Azərbaycan milli komandasının üzvlərinin iştirak etdiyi veloyürüşə “Azneft” dairəsindən start verilib. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.
Daha sonra yürüş iştirakçıları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Zəfər Gününə həsr olunmuş veloyürüş