Bakı şəhər çempionatı başa çatdı

Bakı şəhər çempionatı başa çatdı

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində qadınlar və kişilər arasında keçirilən Bakı şəhər çempionatına yekun vurulub. Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin ilə birgə təşkilatçılığı ilə keçirilən yarışda 253 idmançı qalib adı uğrunda yarışıb.  2 gün davam edən yarışda 14 çəki dərəcəsində medalçılar müəyyənləşib.
Yarışın keçirilməsində əsas məqsəd cari ilin 2-5 dekabrında keçiriləcək Azərbaycan çempionatına namizədlərin seçilməsidir.