Antalyada müxtəlif yaş qrupları arasında keçirilən Avropa çempionatında Azərbaycan şahmatçıları Əhməd Xaqan gümüş, Leyla Mirzəyeva isə bürünc medal qazanıblar. Ə.Xaqan 12 yaşlı oğlanların yarışında 7 xal toplayaraq ikinci yeri tutub. Leyla Mirzəyeva isə eyni xalla 10 yaşlı qızlar arasında üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.