Gələn il güləş üzrə dünya çempionatına Serbiyanın paytaxtı Belqrad şəhəri ev sahibliyi edəcək. Mundiala ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Yarışı təşkil etmək üçün Azərbaycan və Türkiyə də öz namizədliyini irəli sürsə də, yekunda Belqrad şəhəri ardıcıl ikinci dəfə mötəbər yarışa ev sahibliyi hüququnu qazanıb.
Qeyd edək ki, dünya çempionatının gələn il sentyabrın 16-24-də keçirilməsi planlaşdırılır. Lakin sentyabrın 23-də start götürəcək Asiya Oyunları ilə əlaqədar yarışın təqvimində dəyişiklik ediləcəyo gözlənilir.
Dünya çempionatına ev sahibliyi hüququ Azərbaycana verilmədi