Cüdo üzrə qadınlardan ibarət milli komandamız Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışında iştirak edir. Noyabrın 13-dən başlayan toplanışda yığmamızın 9 üzvü hazırlıq səviyyəsini artırır.
Hazırlıq prosesində İsveçrə, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya, Finlandiya, Bolqarıstan, Yunanıstan, Çexiya, Macarıstan və digər ölkələrdən 100-ə yaxın idmançı iştirak edir.
Cüdoçularımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Kifayət Qasımova rəhbərlik edirlər.
Hazırlıq prosesinə noyabrın 23-də yekun vurulacaq.
Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər