Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirib.
Komandamız B qrupunun sonuncu - V turunda İsraillə qalib gəlib. Ev sahiblərinə 2,5:1,5 hesabı ilə qalib gələn millimiz 7 xalla qrup ikincisi kimi 1/4 finala vəsiqə əldə edib. Bu matçda komandamıza Şəhriyar Məmmədyarovla Qədir Hüseynov hərəyə 1, Rauf Məmmədov 0,5 xal qazandırıblar.
Bu mərhələdə komandamızın rəqibi İspaniya şahmatçıları olacaq.
Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.