Qətərdə keçirilən futbol üzrə dünya çempionatında üçüncü oyun gününə yekun vurulub. Günün son oyunu D qrupunda yer alan Fransa və Avstraliyaya komandaları arasında təşkil olunub. Qrupun ilk turunun oyununda son dünya çempionları böyükhesablı qələbəyə seviniblər -4:1. Oyunda hesab 9-cu dəqiqədə açılıb. Kreyq Qudvin Avstraliyanı hesabda önə çıxarıb. 27-ci dəqiqədə Adrian Rabyo tarazlığı bərpa edib. 32-ci dəqiqədə Olivye Jiru fransızları hesabda önə keçirən qolun müəllifi olub. Matçın 68-ci dəqiqəsində Fransa millisinin əsas qol silahı Kilian Mbappe fərqlənib -3:1. Oyunda sonuncu qolun müəllifi isə Olivye Jiru olub. O, 71-ci dəqiqədə fərqlənərək özünün ikinci, komandasının isə dördüncü qolunun müəllifi olub.
Bu nəticədən sonra Fransa millisi 3 xalla turnir cədvəlinə başçılıq edir. Danimarka və Tunis isə hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. İlk oyunda məğlub olan Avstraliya isə qrupun sonuncusudur.
Son dünya çempionları mundiala darmadağınla başladılar