İngiltərə yığma komandasının yarımmüdafiəçisi Cek Qriliş videozəng vasitəsilə 11 yaşlı azarakeşi Finliyə zəng vurub. İranla matç zamanı (6:2) rəqib qapısından top keçirən Qriliş həmin qolu balaca azarkeşinə həsr etmişdi.
Qeyd edək ki, Finli uzun müddətdir ki, serebral iflicdən əziyyət çəkir. Mundialdan əvvəl tərəflər bir müddət məktublaşıb, sonra bir yerdə görüşüblər. Qriliş Finlliyə söz verib ki, Qətərdə vuracağı hər bir qol zamanı ona işarə edəcək, onu salamlayacaq.