Almaniya ilə matçda qələbədən sonra xoşbəxt yapon azarkeşləri “Xəlifə” stadionunu tərk etməyə tələsməyiblər. Onlar yerli təmizlik personalına dəstək məqsədi ilə stadiondakı plastik şüşələri və kağız tullantıları bir yerə toplayaraq, stadiondan kənara çıxarıblar. Bununla onlar çoxəsrlik yapon mədəniyyətinin nə qədər dərin olduğunu nümayiş etdiriblər.