Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəni dayandırıb. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığmamız 1/4 finalda İspaniya komandasına uduzub. İlk görüş 2:2 hesabı ilə başa çatsa da, ikinci qarşılaşmada rəqibinə 1,5:2,5 hesabı ilə məğlub olan komandamız yarışla vidalaşıb.
Komandamız dünya çempionatı ilə vidalaşdı