Sumqayıt cüdoçularının növbəti uğuru

Sumqayıt cüdoçularının növbəti uğuru

Sumqayıt idmançıları daha bir beynəlxalq yarışda fərqləniblər. Türkiyənin Ədirnə şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə iştirak edən Sumqayıt idmançıları növbəti uğura imza atıblar.

Gərgin mübarizə şəraitində keçən turnirdə idmançılaımızdan Fərrux Mehdiyev (60 kq) gümüş, Süleyman Şükürov (73 kq) və Sabir Əliyev (66 kq) bürünc medallara sahib olublar.

Qeyd edək ki, idmançıların məşqçiləri Fərid Ağakişiyev və Pərviz Baratovdur.