Yaponiya mili komandası Almaniya yığmasını 2:1 hesabı ilə məğlub etdikdən sonra «Xəlifə» stadionundakı soyunub-geyinib otağını səliqəli şəkildə tərk ediblər. Bundan başqa onlar quş oriqamilərini otaqda saxlayıb, ərəb dilində təşkilatçılara minnətdarlıq yazısı yazıblar.
Xatırladaq ki, matçdan sonra asiyalı azarkeşlər stadiondakı tribunalarda yerə tökülmüş plastik qabları və kağızları selofanlara yığıb, aparmışdılar.