Uruqvay Cənubi Koreya ilə heç-heçə etdi, İsveçrədən qələbə 

Uruqvay Cənubi Koreya ilə heç-heçə etdi, İsveçrədən qələbə 

Bu gün DÇ-2022-nin qrup mərhələsində 1-ci tura yekun vurulacaq.

Olimpnews.az xəbər verir ki, ilk turun sonuncu - 5-ci oyun günü üçün nəzərdə tutulan 4 matçdan artıq 2-si başa çatıb.

G qrupunda İsveçrə Kameruna qalib gəlib - 1:0.

Bu qrupun digər görüşündə isə saat 23:00-da Braziliya Serbiya ilə qarşılaşacaq. 

H qrupunda saat 17:00-da başlayan matçda Uruqvay Cənubi Koreya ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb. Saat 20:00-da Portuqaliya Qana ilə üz-üzə gələcək.

Qeyd edək ki, Qətərdə təşkil olunan dünya çempionatına dekabrın 18-i yekun vurulacaq.

24 noyabr

 

H qrupu

17:00. Uruqvay - Cənubi Koreya - 0:0 

Baş hakim: Kleman Türpen (Fransa)

"Edyukeyşn Siti" stadionu

20:00. Portuqaliya - Qana

Baş hakim: İsmail Elfat (ABŞ)

"Stadiium 974" arenası

G qrupu

14:00. İsveçrə - Kamerun - 1:0 

Qol: Embolo, 48 (1:0)

Baş hakim: Fakundo Telyo (Argentina)

"Əl-Canub" stadionu

23:00. Braziliya - Serbiya

Baş hakim: Alireza Faqani (İran)

"Lusail" stadionu