İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yığmanın hücumçusu Harri Keynin son durumu haqda danışıb.
Qol.az xəbər verir ki, o, BBC-yə açıqlamasında deyib: “Keyn yaxşıdır. O, fərdi məşq etsə də, cümə günü keçiriləcək matça hazırdır. Lazım olan müayinələr aparılıb".
Qeyd edək ki, Keyn DÇ-2022-nin qrup mərhələsinin ilk turuna İranla oyunda (6:2) zədələnərək ikinci hissədə əvəzlənib.
Əlavə edək ki, İngiltərə 2-ci turda noyabrın 25-i ABŞ-la qarşılaşacaq .