Qətərdə keçirilən futbol üzrə dünya çempionatının beşinci gününə yekun vurulub. Günün son qarşılaşmasında G qrupunun yer alan Braziliya və Serbiya milliləri qarşılaşıb. Oyun braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda vurulan hər iki qol ikinci hissəyə təsadüf edib. “Sambaçı”ların heyətində 62 və 73-cü dəqiqələrdə Riçarlison fərqlənib. Braziliya millisi bu qələbə ilə top fərqinə görə qrupda birinci pilləyə yüksəlib. İkinci pillədə yer alan İsveçrənin də 3 xalı var. Xalı olmayan Kamerun və Serbiya isə 3-4-cü yerləri bölüşür.
Beləliklə, bu oyunla mundialda ilk tura yekun vurulub.