Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün H qrupunun ikinci matçında Portuqaliya və Qana yığmaları qarşılaşıblar. Oyun portuqaliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Matçın ilk qolunu qarşılaşmanın 64-cü dəqiqəsində Portuqaliyanın superulduzu Ronaldo vurub. O, özünə qarşı cərimə meydançası daxilində edilmiş kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.
Görüşün 73-cü dəqiqəsində Qananın heyətində Andre Ayu hesabı bərabərləşdirib. Oyunun 78-ci dəqiqəsində Portuqaliya millisi Joao Feliksin sayəsində yenidən hesabda irəli çıxıb. 80-ci dəqiqədə isə Rafael Leao hesab arasındakı fərqi iki topa çatdırıb. Matçda sonuncu qolu isə 89-cu dəqiqədə Qananın futbolçusu Bukari vurub. Bununla da Portuqaliya millisi 3:2 hesabı ilə qələbə qazanıb.