Səudiyyə Ərəbistanı futbol federasiyasının rəsmi tvitter səhifəsində baş məşqçi Erve Renarın komanda futbolçularını Argentinaya qarşı necə köklədiyni əks etdirən video yayılıb. Fransalı məşqçi matçın birinci hissəsində (0:1) yığma komandanın üzvlərinə daha ürəkli olmağı tapşırıb: «Biz Qətərə nə üçün gəlmişik? Rəqibə bu cür müqavimət göstərərlər? Messi meydanın mərkəzində istədiyi kimi topa sahib olur. Siz isə dayanıb baxırısınız? Götürün telefonlarınızı onunla şəkil çəkdirin. Siz başa düşmürsünüz ki, biz rəqibə qalib gələ bilərik? Uşaqlar, bu dünya çempionatıdır. Bütün qüvvənizi ortaya qoya biləcək qədər güclü deyilsiniz?»
Görünür, bu sözlərdən sonra Səudiyyə Ərəbistanı yığma komandasının futbolçuları daha da ürəkləniblər. Bunun nəticəsidir ki, onlar ikinci hissədə Argentina millisinin qapısından 2 top keçirərək qələbə qazanıblar.