KXDR-in mərkəzi televiziyası qərara alıb ki, C.Koreya, ABŞ və Yaponiya yığma komandalarının matçlarını nümayiş etməsinlər. Belə ki, dünən keçirilən C.Koreya-Uruqvay matçını da ölkədəki futbol azarkeşləri izləyə bilməyiblər.
Qeyd edək ki, bundan əvvəlki iki çempionatın matçlarında da adları çəkilən yığmalarının çıxışı KXDR-də qadağan edilmişdi. Ölkədə C.Koreya millisi barədə matçları izləmək qeyri-mümkün sayılır. Həmin vaxt ölkədəki quruculuq və inkişafdan bəhs edən sənədli filmlər nümaiş olunacaq.