Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatı davam edir. Mundialın altıncı günündə ilk dəfə olaraq Qətər-2022-də qırmızı kart göstərilib. Bu, Uels və İran komandalarının oyununda qeydə alınıb. Matçın 86-cə dəqiqəsində Uels millisinin qapıçısı Ueyn Hennessi kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Uels – İran oyunu 0:2 hesabı ilə başa çatıb.
Mundialda qırmızı kart hesabı açıldı