Avropa birinciliyi: Taekvondoçularımızdan uğurlu start

Avropa birinciliyi: Taekvondoçularımızdan uğurlu start

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyinə start verilib. Yarışın ilk günü millimiz üçün uğurlu olub. Komandamız günü 1 qızıl və 1 gümüş medalla başa vurub. 
Qızıl medalı komandamızın aktivinə 29 kq çəki dərəcəsində qüvvəsini sınayan Zəhra İsayeva qazandırıb. Mübarizəyə 1/4 finaldan başlayan idmançımız ilk görüşdə Kipr idmançısı Elli Antoniounu (Kipr), yarımfinalda isə serbiyalı Arijana İvanovici (Serbiya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə türkiyəli Efe Nazlıya da qalib gələn Zəhra İsayeva Avropa birinciliyinin qalibi olub. 
Komandamıza gümüş medalı isə Xuraman Cavadzadə qazandırıb. 37 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşdə fransalı Lilo Gameli, növbəti mərhələdə isə Eyla Makası (Bosniya və Herseqovina) məğlub edən X.Cavadzadə yarımfinala vəsiqə əldə edib. İdmançımız finala vəsiqə uğrunda görüşdə ermənistanlı Melanie Qrace Ayvazyana qalib gəlib. Finalda xorvatiyalı Sofiya Hiniçə məğlub olan Xuraman Cavadzadə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb. 
Qeyd edək ki, qitə birinciliyinə noyabrın 28-də yekun vurulacaq.

 

Azər Əlizadə