Boksçularımız Madridə yollanıblar

Boksçularımız Madridə yollanıblar

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası İspaniyanın paytaxtı Madridə yollanıblar. Yığmamız komandanın baş məşqçisi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında Madriddə təlim-məşq toplanışı keçəcək.
Hazırlıqda 16 boksçu iştirak edəcək. Yığmamız dekabrın 10-dək davam edəcək təlim-məşq toplanışında İspaniya, Bolqarıstan, Fransa, Meksika və Braziliya milliləri ilə birgə hazırlaşacaq. Madriddə məşqlərlə yanaşı, sınaq döyüşləri də keçiriləcək.
Qeyd edək ki, boksçular dekabrın 11-də Bakıya qayıdacaqlar.