Şahmatçımız Eltac Səfərli İspaniyada təşkil olunan açıq turnir çərçivəsində keçirilən blits yarışının qalibi adını qazanıb. Zəka sahibimiz doqquz turdan 7,5 xal toplayaraq bu nəticəyə nail olub.
Qeyd edək ki, şahmatçımız yarışın güclü A turnirində isə mübarizəsini davam etdirir. Belə ki, səkkiz turun nəticəsinə görə E.Səfərli 6 xalla üçüncü yerdədir. Son turda şahmatçımız sinqapurlu Tin Jingyao ilə oynayacaq.
Zəka sahibimiz İspaniyada birinci oldu