Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir. Dekabrın 15-dək davam edəcək hazırlıq prosesində böyüklərdən ibarət milli komandanın 15, qadınlardan milli yığmamızın isə 8 cüdoçusu iştirak edir. İdmançılarımıza performans direktor Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edir.
Təlim-məşq toplanışı dekabrın 20-22-də İsrailin paytaxtı Qüds şəhərində keçiriləcək “Masters” turnirinə hazırlıq məqsədi daşıyır.