Cüdo ailəsinin bir qrup üzvünə diplom və sertifikatlar verilib

Cüdo ailəsinin bir qrup üzvünə diplom və sertifikatlar verilib

U-18 yeniyetmə cüdoçuların Bakı şəhər birinciliyində, Azərbaycanda cüdo idman növünün yaranmasının 50 illik yubileyi münasibəti ilə cüdo ailəsinin üzvlərinə Azərbaycan Cüdo Federasiyası tərəfindən diplom və sertifikatlar təqdim edilib.

Diplom və sertifikat alanlar sırasında məşqçilər, hakimlər, tibbi heyət üzvləri, cüdo üzrə milli yığmaların sabiq və hazırkı idmançıları və digər şəxslər olub.