Sabah güləş üzrə Azərbaycan çempionatına start veriləcək. Bakı İdman Sarayında dörd gün davam edəcək yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır.
Dekabrın 20-də saat 16:00-da turnirin açılış mərasimi keçiriləcək. Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.
Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son 2 günündə isə sərbəst güləşçilər mübarizə aparacaq.