Qətər-2022-nin ən pis futbolçuları kimlərdir?

Qətər-2022-nin ən pis futbolçuları kimlərdir?

 

Fransanın “L’Equipe” nəşri Qətərdə keçirilən dünya çempionatının ən pis futbolçularının reytinq siyahısını açıqlayıb. Uelsli qapıçı Ueyn Hennessi ən pis qapıçı seçilib. Reytinqdə müdafiəçilərdən - Metti Keş (Polşa), Məhəmmədhüseyn Kanaani (İran), Boualem Khouhi (Qətər), Yannik Ferreyra Karrasko (Belçika); yarımmüdafiəçilərdən - Andreas Skov Olsen (Danimarka), Kristyan Belik (Polşa), Piotr Zielinski (Polşa), Krepen Qyatta (Seneqal); hücumçulardan Qaret Beyl (Uels), Entoni Kontreras (Kosta Rika) yer alıblar.