Bədii gimnastika üzrə Azərbaycan milli komandasının daha bir üzvü Macarıstanda keçirilən "Gracia Fair Cup" beynəlxalq turnirində medal qazanıb. Alina Məmmədova çoxnövçülük üzrə 3-cü yeri tutub.
Daha əvvəl Fidan Qurbanlı eyni növdə qızıl medal əldə edib.
Yığmanın digər üzvləri Şəms Ağahüseynova halqa ilə, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala yüksəlib.