Sebastyan Fettel Yaponiya Qran-prisinin qalibidir

Sebastyan Fettel Yaponiya Qran-prisinin qalibidir

"Formula-1” yarışları üzrə üçqat dünya çempionu Sebastyan Fettel bu dəfə də fərqlənib. "Red Bull”in təcrübəli sürücüsü Yaponiyada keçirilən yarışlarda avstraliyalı həmkarı Mark Uebberi qabaqlayaraq 1-ci yerə çıxıb.
Beləliklə, dünya çempionatının 15-ci mərhələsinin nəticələrinə görə, Fettel ümumi hesabda 297 xalla liderliyi qoruyub saxlayır. Fettel karyerasında dördüncü qələbəsini- 4 qat dünya çempionu titulunu qazanmaq üçün "Ferrari”dən olan əsas rəqibi Fernando Alonsonu reytinqdə xalların sayına görə irəli buraxmamalıdır.