Tərəflər bir-birini təriflədi

Tərəflər bir-birini təriflədi

Avstraliyalı pilot Daniel Rikkardo karyerasını «Red Bull»komandasında davam etdirəcək. O, bu mövsüm komandanın üçün pilotu kimi çıxış edəcək. Qeyd edək ki, Daniel buna qədər «Maklaren»də çıxış edib. «Çox şadam ki, yenidən doğma evimə qayıtdım. Mənə göstərilən diqqətə görə rəhbərliyə minnətdaram. «Red Bull» mükəmməl bir komandadır», - deyə Rikardo bildirib.

«Red Bull» rəhbərlyidə Rikkardonu yenidən heyət cəlb etdiklərinə görə məmnunluğunu bildirib. «Daniel istedadlı pilotdur. Hesab edirik ki, bu mövsüm onun bu bacarığı bizə böyük uğur gətirəcək», - deyə komandanın rəhbəri Kristian Xorner bildirib.