Atletlərimiz Qış Avropa çempionatında iştirak edirlər

Atletlərimiz Qış Avropa çempionatında iştirak edirlər

 

Bu gün İstanbulda atletika üzrə qış Avropa çempionatına start verilib. Çempionatda ölkəmizi Nazim Babayev və Yekaterina Sariyeva təmsil edirlər. Atletlərimiz yarışda məşqçiləri Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi altında mübarizə aparırlar.