Almaniya Olimpiya Oyunlarına ev sahibliyi üçün müraciət edəcək

Almaniya Olimpiya Oyunlarına ev sahibliyi üçün müraciət edəcək

Berlin Senatı 2036-cı il Yay Olimpiya Oyunlarının Almaniya paytaxtında keçirilməsi üçün müraciət etməyi planlaşdırır. Beynəlxalq Olimpiya Komitəsi 2024-cü ildə Yay Olimpiya Oyunlarının Parisdə, 2028-ci ildə Los-Ancelesdə, 2032-ci ildə Brisbendə keçiriləcəyini açıqlamışdı. Beləliklə, Berlinin iştirak edə biləcəyi növbəti tender kampaniyası 2036-cı il Olimpiadası üçün olacaq.

Yekun qərar Almaniya Sosial Demokrat Partiyası ilə Xristian Demokrat İttifaqının nümayəndələri arasında koalisiya sazişi imzalandıqdan sonra veriləcək.

Almaniya Yay Olimpiya Oyunlarına iki dəfə - 1936-cı (Berlin) və 1972-ci illərdə (Münhen) ev sahibliyi edib.