Ağırlıqqaldıranlarımız Avropa çempionatı üçün İrəvana yollanacaqlar

Ağırlıqqaldıranlarımız Avropa çempionatı üçün İrəvana yollanacaqlar

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib. Yığma komandamız qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq. Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək.İlkin siyahıda yer alan Dadaş Dadaşbəyli (109 kq) heyətdən çıxarılıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.