Azərbaycan Qran Prisinin bütün tribuna biletləri satılıb

Azərbaycan Qran Prisinin bütün tribuna biletləri satılıb

Formula 1 üzrə Azərbaycan Qran Prisinin bütün tribuna biletləri satılıb. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib. Bildirilib ki, “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və Azərbaycanın yeddinci dəfə ev sahibliyi edəcəyi 2023 Formula 1 Azərbaycan Qran Prisinə bütün tribuna biletləri alınıb.

Budəfəki yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən azarkeşlərin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 28-də start götürəcək Formula 1 Azərbaycan Qran Prisi bu il ilk dəfə olaraq Sprint yarışına da ev sahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan Azərbaycan Qran Prisi bazar günü təşkil olunacaq.