Formula 1: Azərbaycan Qran-Prisinin cədvəli açıqlandı

Formula 1: Azərbaycan Qran-Prisinin cədvəli açıqlandı

Aprelin 28-də Bakı Şəhər Halqasında Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start veriləcək. Üç gün davam edəcək mərhələ 2023-cü il mövsümündə ilk dəfə olaraq sprintlə birgə formatda təşkil olunacaq. Qısa şənbə yürüşünə şənbə günü səhər ikinci məşq ilə birgə ayrıca təsnifat keçiriləcəyi istisna olunmur. Əlavə təsnifat sessiyasının keçirilməsi üçün Formula 1 komandalarının səsverməsi çərşənbə axşamı – aprelin 25-də təşkil olunacaq.

 

Formula 1 Azərbaycan Qran-Prisinin cədvəli:

28 aprel, cümə

13:30-14:30 Birinci məşq

17:00-18:00 Təsnifat

29 aprel, şənbə

13:30-14:30 İkinci məşq və ya sprint üçün təsnifat

15:30 Sprint

30 aprel, bazar

15:00 Yürüş.