Britaniya Qran-Prisindəfilm çəkiləcək

Britaniya Qran-Prisindəfilm çəkiləcək

2023-cü il Böyük Britaniya Qran-Prisi çərçivəsində yeni Hollivud filminin çəkilişləri aparılacaq.Filmin prodüseri Cerri Brukhaymer, rejissoru Co Kosinski, ssenari müəllifi isə Eren Krügerdir. Baş rolda çəkilən Hollivud ulduzu Bred Pitt gənc pilotun müəllimi qismində veteran pilotu canlandıracaq. Tanınmış aktyor çəkilişlər naminə hətta Formula 1-in “Silverstoun” mərhələsinin startına çıxacaq. “The Sun” nəşrinin məlumatına görə, çempionatın rəhbərliyi ulduz aktyorun Qran-Pridə iştirakına artıq razılıq verib. Formula 1-də gələcək filmin maksimal şəkildə reallığı naminə bu addımı atmaq qərarına gəliblər. Düzdür, məlumdur ki, Bred Pitt yalnız qızışdırma dövrəsində çıxış edəcək, 59 yaşlı aktyor istiqamətverici dövrədə pelotona başçılıq edəcək. Hollivud ulduzunun hansı bolidi idarə edəcəyi və ümumiyyətlə, dünya çempionatının real mərhələsi ilə birgə həyata keçirilən çəkiliş prosesinin necə alınacağı barədə hələ məlumat verilmir. “The Sun” nəşri kino sənayesindən olan insayderinin bu sözlərini sitat gətirir: “Bred Pitin Böyük Britaniya Qran-Prisində liderliyini görmək Silverstounda bu ilin iyulunda tamaşaçılar və azarkeşlər üçün qeyri-adi məqamdır”.

Xatırladaq ki, “Mercedes-AMG”nin pilotu Lyuis Hemilton da kinofilmin yaranması ilə məşğuldur. Yeddiqat dünya çempionu yeni filmin prodüseri və məsləhətçisi olacaq. Film üzərində işlərin 2024-cü ildə başa çatdırılacağı nəzərdə tutulub.