"Red Bull" Bakıdan qələbə ilə qayıdacaq 

"Red Bull" Bakıdan qələbə ilə qayıdacaq 

Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi - Azərbaycan Qran-Prisində qalib olmaq şansı olan pilotların siyahısı tərtib olunub. Bukmeker kontorlarının ehtimalına əsasən Bakıda «Red Bull»un pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlaya biləcək. Onu qabaqlamaq imkanı olan digər pilot kimi onun komanda yoldaşı Serxio Peres göstərilir. Onların əsas rəqibi isə  «Aston Martin»dən Fernando Alonso ola biləcək.